beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizlicə Sevək.....

Yenədə gözümə qaranlıq çökür.
Talehim, qolumu, dizimi bükür.
Bir aşiq səninçün intizar çəkir.
Get, get aramızda ölən olmasın.

Gör sən hayandasan, gör mən hayanda.
Düşürsən axramca, bir yol dayanda!
Ağlamaq dərd deyil, tək olmayanda,
Dərd odur üzünü silən olmasın.

Mən xəstə biriyəm, sən yeni gülsən.
Belə məcbursanmi, aşkar sevəsən?
Sevirən sev məni ürəyində sən.
Qoy bizim bu dərdi bilən olmasın.

Həkimlər ruh verir. gopu önündə!
Baltası qəlbimdə sapı önündə.
Nə dərtdir durasan qapı önündə,
Bir nəfər qapına gələn olmasın.

Niyə anlamırsan, xəstəyəm.... xəstə
Eh bu eşq dərdidə, düşür üst-üstə.
Sevgi istəyincə canımı istə.
İstəməm. mənidə sevən olmasın.

Mən heç sağalmaram, bilirsən yəni.
Barı sən xöşbəxt ol. sevməyim səni.
Heç kəsə demə ki, sevirsən məni.
Dostlarindan gülən olmasın.

Gəl bu məhəbbəti bölək sevgilim,
Ayrica ağlayaq, gülək sevgilim.
Uzaqdan,uzağa sevək sevgilim,
Qoy bizi bir yerdə görən olmasın.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi şerləri