Bu da ayrılığın sonuncu tini..
 Quzum, hər görüşün son ucu vida ,
 Görürdüm bu günü,
 Səninlə görüşün birinci günü ...
 Yolun uğurlu olsun deyirəm sənə ;
 Qarşında ömür gün sınağı durur .
 Nə deyim , bəlkə də yolunda yenə
 Mənim tək bir sevda qonağı durur .
 Gedirsən ... Bu günü saxla yadında !
 Yaddaşın mən verən dərsi pozmasın .
 Sən elə alış ki , sənin odunda
 Ötəri qonaqlar qoy qızınmasın .
 Qarşımda nə çəpər, nə də ki barı ...
 Mənim də ömrümə beləcə gəldin .
 Qəlbində bir çınqı od saxla barı
 Bəlkə bir çırağı yandıra bildin .
 Əyil !... Məhəbbətin önündə əyil ,
 Bəlkə bu dünyadan qopara səni .
 Taleyin estafet ağacı deyil
 Hərə bir mənzilə apara səni ...
 Bir gün də sərbəstlik taxtı devrilib ,
 Ömrünə gəlinlik illəri gələr .
 Dünənin bir namərd dosta çevrilib
 Sabah kəndirini doğraya bilər .
 Bu da sonuncu gün, sonuncu vida,
 Bu da ayrılığın sonuncu tini .
 Quzum, hər görüşün son ucu vida,
 Görürdüm bu günü,
 Səninlə görüşün birinci günü .
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Sevgi şerləri