beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə Inanmırsan Bir Yuxu Kimi ..

Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr, ehyamlar oyaq .
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq ,ölək bu sayaq .....

Niyə baxışların üşüdür məni ;
Qəlbin ki, qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir, nə nifrət yeni ;
Elə tərəddüd də köhnədir, yetər !...

Bəlkə də adıma çox söz deyirlər ,
İstəsən inanma ,istəsən inan ....
Ayıq ol ...adama çox söz deyərlər
Gör hansı doğrudur, gör hansı yalan .

Yaxın gəl, oduna gir bu ürəyin ,

Sevənlər payıza , qışa bürünməz .
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz ...

Hərdən zəng edirsən ,..susursan niyə ?
Sənin sükutun da tanışdır mənə .
Bir də zəng edirsən hirslənim deyə ,
Dəstəyi çırpıram əsəblərmə ....

Bir dəstək gülüşlü, biri əsəbi .
Başlayır telefon oynu sonra .
Bilirəm susmağın nədir səbəbi ;
Ox atıb gizlətmə yayını sonra ...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi şerləri