beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gzoleme Sene Zeng Ede Bileremki

Gözləmə zəng vura bilmərəmki sənə…
Dilin sümüyü yoxdur deyirlər…
Ona görə də bəzən yalan söylər…
Bu dil…

Elə buna görə zəng vura bilmərəm sənə…
Axı zəng vursam ne deyim ki sənə?
Bunları deyə bilərəm məsələn sənə…

Elə buna görə zəng vura bilmərəm sənə

Hər mesajlara baxanda ilk sənin adını axtarın gözlərim…
Adını gördüyüm anda dodaqlarımda silinməz bir təbəssüm…
Həyacanla oxuyuram sətir aralarını…
Əgər yoxdursa adın digər mesajlar vəcib deyil mənim üçün !!!
Deyə bilərəm bütün bunları sənə?

Yoox zəng vura bilmərəm sənə…
Qorxaqam…

Elə buna görə zəng vura bilmərəm sənə

Hə qəbul edirəm qorxaqın biriyəm…
Zəng vura bilmərəm sənə…
Gözləmə…

Onsuzda bizə yaraşan dildəki yalanlar deyil…
Ürəkdəki yaralardır…
Ən çox bilirsən nə üçün darıxıram?

Elə buna görə zəng vura bilmərəm sənə

Sözlərin üçün…
Başımı çiyninə qoyub dünyanı unutmaq üçün…
Səni xəyal edirəm hər gecə…
Yuxularıma girirsən…
Sən olduğunu bilirəm amma…
Görə bilmirəm…

Oyanıram tər içində bilirəm məni fikirləşirsən məni düşünürsən…
Necəki bilirsən məndə səni düşünürəm…
Amma…
Dedim də…
Qorxaqın biriyəm mən…
Zəng vura bilmərəm sənə…


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi şerləri