beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**GeL_DeYiB-GuLeK**

Sən Xoşbəxt,
Mən Xoşbəxt, gəl deyib-
gülək!
Eyni bir zamanda vurur
nəbzimiz
Eyni bir ürəkdə gəzir sevgimiz,
Eyni bir səmanı paylaşırıq biz
Niyə qəmgin olaq,niyə kövrələk?
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl
deyib-gülək!
Danışaq,yazışaq səhərə qədər
Sevən var bir-birin de bizim
qədər?
Yazılsın bu eşqə bir roman,əsər
Hər kəs sevgimizdən danışsın
gərək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl
deyib-gülək!
Bülbül necə həsrət gülə, çəmənə
Mən sənə həsrətəm sən həsrət
mənə,
Sübh çağı bir öpüş göndərdim
sənə
Səni oyadacaq bir xəfif külək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl
deyib-gülək!
Şəhərdən-şəhərə əl-ələ tutaq
Qəlbimiz yaxındı cismimiz uzaq,
Bu gecə yuxuma yenə gəl
qonaq
Hələ röyalarda gərək görüşək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl
deyib-gülək!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri