beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalmiwam

Yuxunda da buraxmırsan əlimi,
Xəyal olub otağında qalmışam.
Toplayırsan balıncdakı telimi,
Tel-tel olub yatağında qalmışam.

İntizarsan, zindandı dörd divarın,
Sevindirmir nə şöhrətin, nə varın.
Hər yerdəyəm, qarşıdakı çinarın
Sənə baxan budağında qalmışam.

Eşqim dərddi, sən əlində naçarsan.
Elə sirr ki… axı kimə açarsan?!
Unut məni unutmağı bacarsan -
Nəfəsinəm, dodağında qalmışam.. —


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi şerləri