beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Günahına Bata Bilmərəm!

Nahaq oğlan açdın mənə qəlbini
Mənim sevgilim var, ata bilmərəm
O da sənin kimi sadə oğlandır
Onun məhəbbətini sata bilmərəm

Deyirsən sevirəm mən inanıram
Eşqini dünyada yüksək sanıram
Səni aldatmağa mən utanıram
Məhəbbətə mən zəhər tuta bilmərəm

Bilirəm çətindir sevib sevilmək
Sevdiyin insana sevirəm demək
Birisini sevib bu təmiz ürək
Əldə iki qarpız tuta bilmərəm

Nə deyim oğlan ürəyim birdir
Bu bircə ürəyi sevən ikidir
Sən get başqasına sevgini bildir
Sevgi günahına bata bilmərəm!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri