Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Edersen?

Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi şerləri
loading...