beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ewqin Yollarinda Izim Var Menim

Eşqin yollarında izim var mənim.

Əlsiz əllərinə əl öyrətmişəm,
Gülsüz əllərinə gül öyrətmişəm,
Mən sənə sevgidən dil öyrətmişəm,
Sevgidən acdığın söz mənimkidir.

Kədər qüssəyə dözmüm var mənim,
Sevgi dəyanətim,əzmim var mənim.
Eşqin yollarında izim var mənim,
Sən düşüb getdiyin iz mənimkidir.

Əlim əllərinin arasındadır,
Canım ürəyinin parasındadır,
Gözüm gözlərinin qarasındadır,
Dünyaya baxdığın göz mənimkidir.

Əbədi qalmışam yadında sənin,
Eşqim köçüb,qalıb adında sənin,
Yanmışam eşqinin odunda sənin,
Qəlbini yandıran köz mənimkidir


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi şerləri