beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Yoxsan

Sən yoxsan işıqlı dünyam qaralıb,
Sən yoxsan qara saçım ağarıb.
Fikrim xeyalım sanki dağılıb,
Ey fikrim xəyalım söylə hardasan?.
Ağlama deməkdən gecələr bezdi,
Sanki gecələrdə eşq dərdindədir.
Dağlara danışdım dağlar diz çökdü,
Deməli bu ürək gör nə gündədir.
Eşqinlə danışdım gözlər qan tökdü,
Qəddimi bir tək o vefasız bükdü.
Həyatda bu mənə ən ağır yükdür,
Qaldıra bilmədim qəlbim də çökdü.
Həsrətində gözlər birdə mən qaldım,
Sevgidən həyatda dərsimi aldım.
Elə vurdun ki sən -yıxılıb qaldım,
Səni isə bəxtsizlər yanına atdım


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 221 Bölmə: Sevgi şerləri