beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

De!

Eşqi gizlətməyin nə mənası var?
Mələyim sən məni sevirsənsə de!
Unutma bu sözün bir amması var,
Sevgiyə ürəyini verirsənsə de!

Həsrətdə qalmağın nədir faydası?
Bu cürə sevməyin varmı qaydası?
Qəlbə düçar olub sevgi yarası,
Qəlbimin dərmanı, gəlirsənsə de!

Eşqi pünhan etmə qəlbə zərərdi,
Düşünmə məhəbbət heçdi hədərdi.
Eşqsiz bu dünya acı zəhərdi,
Eşqin şərbətini içirsənsə de.

Sən mənim günəşim, ay üzlü gülüm,
Özünə bu qədər gəl etmə zülüm.
Bihudə dolanmaq yetər sevgilim,
Sevirəm kəlməsin deyirsənsə de!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Sevgi şerləri