beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gün Yene Görüshdük Biz...

Bu gün yenə görüşdük biz
Yenə də dərd qəmdən uzaq
Bir müqəddəs cümə günü
Qəlb evimə oldun qonaq
Bu gün yenə görüşdük biz
Yenə susduq əvvəlki tək
Gözlərimizdən oxundu
Nə çəkir həsrətdən ürək
Bu gün yenə görüşdük biz
Bu bir ilahi möcüzə
Səni gördüm bu ömrümə
Yenə günəş doğdu təzə
Bu gün yenə görüşdük biz
Biraz sənə baxıb getdim
Son sözümü deyəmmədim
Ürəyimə sıxıb getdim


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi şerləri