beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Boğulur

D
ünyanın suyu çirklənir,
Suyunda balıq boğulur.
Çirklənir, göyü çirklənir
Göyündə Allah boğulur.

Çox batan yerində batır,
Dadına gələn də batır,
Ağıllı dərində batır,
Dayazda axmaq boğulur.

Kimisi nəğməli-sazlı,
Kimisi başı başı qapazlı,
Kimisi paltar-palazlı
Kimisi çılpaq boğulur.


Tarix: 28.05.2013 / 14:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Sevgi şerləri