beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Çıxır

Ə
lə qələm alan kimi,
Sətirlər qaralan kimi,
Köynəyə çıxan qan kimi
Kədərim varağa çıxır.

Canımda sözlər sıxılır,
Artır, üst-üstə yığılır,
Yüz nəğmə batır, boğulur,
Bir nəğmə qırağa çıxır.

Küsən çox şair sözündən,
Öpən yox şair gözündən,
Şeirin astarı üzündən
Baha çıxır, baha çıxır...


Tarix: 28.05.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Sevgi şerləri