beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı qidalar çəkini azaldır?

Bu günə qədər arıqlamaq üçün bir çox pəhriz üsulların sınadınız və müvəffəqiyyətsiz oldunuz? Arıqlamaq üçün möcüzəyə ehtiyac yoxdur. Təbii yollarla, həm də yemək yeyərək arıqlaya bilərsiniz. Aşağıda təklif etdiyimiz qidalarla siz istədiyiniz formaya nail ola bilərsiniz.
Bədəninizin yağ əritmə potensialını artıran qidalar bunlardır:

Kalsium:

C vitamini, kalsium, süd məhsulları, zülal və bu kimi bəzi qidaların yağ əritmə xüsusiyyəti var.

Kalsium sümükləriniz üçün xeyirlidir. Həmçinin kalsiumun aclığa nəzarət etmək üçün köməkçi xüsusiyyəti də var. Araşdırmalar göstərir ki, lazımi qədər kalsium qəbul etməyən insanlar iştahalarına daha az nəzarət edir və onlar daha çox yağ kütləsinə malik olurlar.

Süd məhsulları:

Mükəmməl bir kalsium mənbəyi olan süd məhsullarının yağ əritmədə daha əlverişli olduğu müəyyənləşib. Tennessee Universitetində aparılan araşdırmada, gündə 3 dəfə süd məhsulları qəbul etməyin piylənməsi olan insanlarda bədən yağını əsaslı dərəcədə azaltdığı müəyyən olunub. 2010-cu ildə aparılan araşdırmalar isə göstərir ki, gərgin məşqdən sonra yağsız süd içmək yağ itkisini artırır, sümükləri gücləndirir və daha güclü əzələlər yaradır.

Hind qozu yağı:

2009-cu ildə Braziliyada həyata keçirilən araşdırmada, dadlı və tərkibcə zəngin olan bu yağın piylənməsi olan insanlarda bel ətrafının diametrini azaltdığı, faydalı HDL xolesterolunu artırdığı və mənfi xolesterolu yaxşılaşdırdığı müəyyənləşib.

Doymamış yağ turşuları:

2006-cı ildə aparılan araşdırmaya görə doymamış yağ turşuları qarın ətrafında daha az yağ toplayır. Zeytun, zeytun yağı, qabıqlı yemi və tumları, qara şokolad və avokado bitkisi qarın nahiyəsinin yağsız olmasını tənzimləyir və insanı uzun müddət enerjili saxlayır. Sağlamlığınız üçün xeyirli olan bu yağlar qidanızın bir hissəsi olmalıdır. Həmçinin, balıqlarda, bir çox qabıqlı yemiş və tumlarda olan yağ turşularını çox miqdarda qəbul etmək, pəhrizdən asılı olaraq yağ axınını artırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin, bu yağlar bədəni ürək-damar xəstəliklərindən qoruyur və psixoloji vəziyyətinizi yaxşılaşdırır.

Zülal:

Zülallar dərinin, saçların, dırnaqların, sümüklərin və əzələlərin sağlamlığına zəmin yaradır. Arizona Əyalət Universitetində aparılan araşdırmaya görə, arıqlamada köməkçi olan zülallar, həmçinin toxluq hissi yaradır və yeməkdən sonra kalori axınını sürətləndirir.

C vitamini:

Araşdırmalara görə C vitamini əskik olan insanların orqanizmi daha çox yağ yığır. C vitamini, sink, çatışmazlığı bədən və qarın yağının yaranma riskini artırır

Bal:

Bu təbii və dadlı məhsul şəkər yerinə istifadə olunduqda çəki artımını və bədən yağını azaldır. Həmçinin antibakterial, antivirus, antifuqal kimi xüsusiyyətlərə malik olan bal sağlamlığınız üçün hərtərəfli faydalıdır. Zökəmi aradan qaldırmaqda da olduqca təsirli olan bal, hətta qan şəkərini tənzimləyir, immuniteti inkişaf etdirir.

Kakao:

Kakaonun tərkibində digər qidalara nisbətən daha çox antioksidant var. Kakao sinirləri zədələnmədən və xəstəlikdən, dərini isə ultrabənövşəyi şüaların oksidləşdirici zərərlərindən qoruyur. Psixi vəziyyətiniz, idraki funksiyalar və toxluq hissiniz üçün də müsbət təsirə malikdir. maqnezium və E vitamini

Lif:

Bir neçə ildir ki, müxtəlif araşdırmaçılar yeməyə salatla başlamağın aclığı azaltdığını və hədsiz yemək yeməyi əngəllədiyini müəyyənləşdiriblər. Bunun səbəbi salatların (yerkökü, pomidor, kahı kimi göyərtilərin) bol lif mənbəyi olmasıdır. Liflər toxluq hissini artırır.

Sirkə:

Salatlarınıza ləzzət verən sirkə özünüzü tox hiss etməyinizi təmin edir. Araşdırmalar yeməyin qlisemik təsirini zəiflədən sirkənin, toxluq hissi yaradıb, qida qəbulunu azaltdığını da göstərir. Həmçinin, 2009-cu ildə yapon araşdırmaçılarının apardığı araşdırmaya görə, sirkə bədəndə yağın toplanmasının da qarşısını alır.

Yarma:

Qida tərkibi baxımından zəngin olan bu məhsul zülal, amin turşusu, E vitamini ilə zəngindir. 2011-ci ildə aparılan araşdırmada yarmanın yağın yaranmasını məhdudlaşdırdığı açıqlanıb. Yarma toxumundan hazırlanan yeməklərlə qidalanan heyvanların daha az bədən yağına və zəif bədən çəkisinə malik olduqları, həmçinin, iştahalarının azaldığı müəyyən olunub.


Tarix: 27.12.2012 / 11:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 618 Bölmə: Saglamliq