beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏLDİ

Qəm çəkmə könül, məclisi cana yenə gəldi,
Bu qalibi-biruhə verən can yenə gəldi.

Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni ol məhi-taban yenə gəldi.

Ahəstə yağıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi.

Sal boynuma,canana dedim,həlqəyi zülfün,
Güldü,dedi,divanəyə-dövran yenə gəldi.

Fərhada deyin,eyləməsin dafidə fərhad,
Bu məclisi ol xosrovi-xuban yenə gəldi.

Qan ağlama,bülbül,dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi,gülüstan yenə gəldi.

Vahid,bilir aləm məni,ol zülfə əsirəm,
Sən çox demə məcnunu-biyaban yenə gəldi.


Tarix: 01.04.2013 / 19:37 Müəllif: *Beyaz_Gul* Baxılıb: 241 Bölmə: Qezeller