beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmadeddin Nesimi

Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari şirin laməkanım, mərhəba!

Çün ləbi cami-cəm oldu nəfxeyi-ruhulqudus,
Ey cəmilim, ey cəmalim, bəhru kanım, mərhəba!

Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!

Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

Gəldi yarım naz ilə, sordu, Nəsimi necəsən?
Mərhəba, xoş gəldin, ey xırda dəhanım, mərhəba!


Tarix: 31.03.2013 / 16:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Qezeller