Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Mənim"

Bir nəfər yoxdu desin dərdimi cananə mənim.
Canımın hicri gətirmiş canımı canə mənim.

Yandı canım, bu yanan canıma tək mən yanıram,

Yoxdu bir kimsə ki, canım canıma yanə mənim.

Qalmadı yanmağa canım daha məhşər gününə,
O qədər yandı canım atəşi-hicranə mənim.

Aşiqəm vardı mənim əqli-kəmalım bilməm,
Nə səbəbdən deyilir adıma divanə mənim.

Uyma dünyaya Dadaş, vermə cavan ömrü hədər,
Bunu dərk et, nə sənindir qoca dünya, nə mənim.


Tarix: 31.03.2013 / 17:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Qezeller
loading...