beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Məndən sənə bir məsləhət ey gənc"

Məndən sənə bir məsləhət ey gənc,
Elm öyrənib ol əhli-süxənsənc.

Al elmini Qurani-Kərimdən,
Uyma nə ki,öyrətdisə əfrənc.

Tərk et o, işi dinə xilafdır,
Hər an sənə çün artıracaq rənc.

Kəb əldə tutub təxteyi-nərdə
Nərrad kimi atma şeşü pənc.

Bir şah ikən axırda olar mat,
Hər kim əgər oynar isə şətrənc.

Ondansa gedib kəsbi-kəmal et,
Bifaidədir adəti-iyrənc.

Yaz elm ilə hər şeri Qəvimi,
Çün elmdir aləmdə nihan gənc.


Tarix: 31.03.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Qezeller