beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Arif çəkilən guşəyə qəmxanə deyirlər"

Arif çəkilən guşəyə qəmxanə deyirlər
Eş ilə yanan aşiqə pərvanə deyirlər.

Meyxana tamam başqadı gəl səhv başa düşmə
Hal əhli olan məclisə meyxanə deyirlər.

Vardır elə bir kəs ki sözü düz üzə söylər
Bizlərdə həmin insana divanə deyirlər.

Haqqdan dilərəm ki qoy ola düşmənə qismət
Bayquş ulayan məskənə viranə deyirlər.

Haqqdan aşağı gəl ki mələkdən uca varlıq
Dünyanın əzəl əşrəfi insanə deyirlər.

Bir söz dedi haqq aşiqi yaş sel kimi axdı
Gəlsin yenə haqq aşiqi meydanə deyirlər.

Xoş gün olanda bir dəfə ismim yada düşmür
Gəl dərd olanda hər dəfə Salmanə deyirlər.

Allah Süleyman Rüstəmə rəhmət eləsin pis nəzirə deyil.


Tarix: 31.03.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller