beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Rəqs et"

Ey nazlı gözəl, şur ilə meyxanədə rəqs et!
Məst ol, çal, oxu, məclisi-məstanədə rəqs et!

Rəqqasə əgər məst ola şövq ilə edər rəqs,
Ey badə, bir az sən də bu peymanədə rəqs et!

Adabı atıb arı burax, boş sözə baxma,
Məhrəm də yaxındır bizə biganə də, rəqs et!

Batində fəqət aşiq ilərəqs elə, zahir
Aqil də sənə söyləsə, divanə də, rəqs et!

Məlumdu təkəbbür aparır zövqü səfanı,
Bəzən uşaq ol sən elə tiflanə də, rəqs et!

Bir ov yarasından tökülən qan kimi qayna,
Coşqun ürək ol, sineyi-pərvanədə rəqs et!

Xaqani, gedib bağdakı bülbüllərə uyma,
Bayquşların avazına viranədə rəqs et!


Tarix: 31.03.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Qezeller