beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nə qədər kim, fələyin sabitü səyyarəsi var"

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəqan?
Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

Ol qızıldir ki, bu, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var.


Tarix: 31.03.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller