beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Şükrlilləh ki, könül oldu təcəlla dəlisi"

Şükrlilləh ki, könül oldu təcəlla dəlisi,
Genə yüz qoydu biyabənə bu Leyla dəlisi.

Qəllü qəlladəvü zəncirə məgər bənd olur,
Bir könül kim, ola bir zülfi-çəlipa dəlisi?

Ya məgər nərkisi-bostanə salır tərfi-nəzər,
Bir könul kim, ola bir gözləri şəhla dəlisi?

Eşqin adabını Fərhad ilə Məcnun nə bilir,
Birisi dağ ayısıdır, biri səhra dəlisi.

Dağ ilə bağ, gözüm, aşıq üçün yeksandır,
Hərə bir yanə gedir vahidü yekta dəlisi.

Əqlə gəl, vaizü zahid sözünə tutma qulaq,
Biri dünya dəlisidir, biri üqba dəlisi.

Aciz asari-rəhi-eşqə qədəm basmadı, heyf,
Bu sözü xəbt xəyal etdi o sevda dəlisi.


Tarix: 30.03.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Qezeller