beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ey bivəfa, qoyubsan əcəb qalə tək məni"

Ey bivəfa, qoyubsan əcəb qalə tək məni,
Hicran odun əhatə edib halətək məni.

Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür,
Etdin kəbab atəşi-cüvvalətək məni.

Allah rizası etməginən xar eşqdə,
Aşiqlər içrə dağlama sən lalətək məni.

Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən,
Eylə yəqin ki, yandıru səd salətək məni.

Nəvvabı zarü zərd edib oxşatdı qəmlərin
Divari-qəmdə nəqş olan əşkalətək məni.


Tarix: 30.03.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Qezeller