beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nə rəvadır bu qədər eşqdə üftadə olum"

Nə rəvadır bu qədər eşqdə üftadə olum,
Bivəfa yarə verib könlümü dildadə olum.

Cıxarıb qanə dönən kömlümü bu sinəmdən,
Ataram çöllərə ta eşqdə azadə olum.

Müxtəlif rənkü riya eşqdə çox gördüm, heyf
İstərəm tərki-küdurət eləyim, sadə olum.

Ey fələk, bunca nədir əhli-dilin azari,
Bir də indən belə hansı qəmə amadə olum.

Dutuban güşəyi-vüslət yeyərəm xuni-cigər,
Bəlkə bir ləhzə, Fəna, eşqdən azadə olum


Tarix: 30.03.2013 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Qezeller