beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Göndərib lütflə, ey dil, mənə dilbər kağız"

Göndərib lütflə, ey dil, mənə dilbər kağız,
Könlümün zülmətini eyləyib ənvər kağız.

Şükri-lillah məni-biçarəyə lütfilə yazıb,
Sitəmindən usanıb şuxi-sitəmkər, kağız.

Gər, yazam yar cəfavü qəmin, itmam olmaz,
Filməsəl, ruyi-zəmin olsa sərasər kağız.

Düşsə gər aşiqü məşuq cahanda hicrə,
Bir-birindən olan, ey şux, çox istər kağız.

Yetməsə gər əlin ol daməninə cananın,
Ey könül, vallahı cananıma göndər kağız!

Əşk tökdükcə dəmadəm qaralar nuri-qələm,
Ah çəkdikcə, deyib bir-birə titrər kağız.

Müjdə, ey Zikriyi-biçarəvü avarə, sənə
Lütf üzüylə yazıb ol qaməti-ərər, kağız.


Tarix: 30.03.2013 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Qezeller