beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Hə hüsndür ki, mələkdə belə camal olmaz"

Hə hüsndür ki, mələkdə belə camal olmaz,
Hə tələti ki, belə tələti-hilal olmaz.

Hilal çərxdə eylər zaval, vəchi nədir,
Ki, bu hilalə vəcahətdə hec zaval olmaz.

Ləyaqətinə xətadır desəm, sənubər mən,
Çəməndə sərvdə hərgiz bu etidal olmaz.

Ləbin lüabını bimari-eşqə ver dadsın,
Dəbadı çeşməyi - kövsər, belə dəva olmaz.

Tutub kənarını əğyar, neyləyim, səd heyf
Ki, baxmağa yüzünə aşiqə macal olmaz.

Durubdu fövc kimi dəstə-dəstə üşşaqın,
Bu padişahi-cahanda belə cəlal olmaz.

Ələddəvam səri - kuyin etmişəm mənzil,
Güşadə arizimə bir dəri - vüsal olmaz.

Bu məsti sərzənişi - qeyr yandırır, billah,
Bəgərnə, ayrılığın baisi - məlal olmaz.

Yoxumdu simü zərim başına nisar eyləyim,
Bu nəqdi - can kimi layiq sənə nəval olmaz.

Bu nəzmi-dilkəşə, Müztər, əgər baxa şüəra,
Deyəllə cümləsi: "Əhsən, belə məqal olmaz".
Miryəhya Müztər Təbrizi


Tarix: 30.03.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Qezeller