beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Əgər murad isə vermək səfayi-cövhəri-ruh"

Əgər murad isə vermək səfayi-cövhəri-ruh,
Fələkmisal yerit sağəri-şərabi-səbuh.

Buyurma tövbə mənə ol şərabdən, naseh
Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey
Kim etmədi onu, tufan olanda kəştiyi-Nuh.

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,
Yuva başımda tutan quşları edib məcruh.

Dil oldu daği-fərağınla şərhə-şərhə, vəli
Nə sud, çün sənə olmadı hali-dil məşruh.

Tənimdə sancılı navəklərinlə şadəm kim,
Dəri-bəla bu kilid ilədir mənə məftuh.


Füzuli oldu belin fikri ilə muymisal,
Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.
Məhəmməd Füzulu


Tarix: 30.03.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Qezeller