beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Açmış gözəlim sanki qızılgül yanağında " qəzəli

“Açmış gözəlim sanki qızılgül yanağında,*
Can dərmanı gizlənmiş o yaqut dodağında.”

Onsuz da məni yandırır eşqin odu, ey gül,
Yandırma məni sən dəxi hicran ocağında.

Nazın eləyib qəlbimi dil-dil, gözəlim bil,
Canım əriyir yağ kimi hüsnün çırağında.

Könlüm bulağından süzülən söz kitab oldu,
Səndən yazılıb, arxayın ol, hər varağında.

Aldanma rəqibə ki, deyil eşq ilə məhrəm,
Xar eyləmə gəl sən məni əğyar qabağında.

Bir dəm belə əl çəkmərəm, ey yar, yolumdan,
Dünyanı dolansam da vüsalın sorağında.

Yasin qalacaq daima öz əhdinə sadiq,
Bir ömr düşüb qalsa da həsrət qucağında.


Tarix: 27.03.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Qezeller