beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

10 qızıl ders...

Albert Eynşteyn çox gözel bir fizik olmuşdur. O, çoxsaylı fizika qanunlarını açmış ve zemanesinin alimlerinden bir neçe addım irelide idi. Lakin, insanlar onu yalnız buna göre dahi adlandırmırlar. Professor Eynşteyn uğurun qanunlarını çox gözel anlayan filosof idi ve bununla yanaşı hemin qanunları çox gözel ifade edirdi. Onun dahi sözlerinin toplusundan on denesini size teqdim edirik. Sizin de gündelik heyatınızda istifade ede bileceyiniz, 10 qızıl ders.
1. Heç bir sehvi olmayan insan, yeni bir şey etmeye cehd bele etmeyib.
İnsanların ekseriyyeti sehv etmek qorxusundan, heyatında yenilik etmekden çekinirler. Ancaq, bundan qorxmaq lazım deyil. Ekser hallarda, meğlub olmuş şexs, uğuru heç neden qazanmış insandan, daha güclü olub, qelebeni nece elde etmeyi öyrenir.
2. Tehsil – mektebe öyredilenlerin hamısı yaddan çıxdıqdan sonra, qalanlardır.
30 ilden sonra (belke de daha tez), siz mektebde öyrendiyiniz her bir şeyi unudacaqsınız, yerde qalan yalnız özünüzün öyrendikleri olacaq.
3. Öz xeyallarımda men bir ressam kimi resm çekirem. Xeyal biliklerden vacibdir. Bilikler mehdudurlar. Xeyallar ise bütün kainatı ehate edir.
İnsanların daş dövründen, indiki inkişaf seviyyesine kimi gelib çatmasını nezerden keçirtdikde, xeyalın gücünü anlayırsan. Hal-hazırda bizim istifade etdiklerimiz, ecdadlarımızın xeyallarının neticesidir. Sabah bizde olacaqlar ise, bu günkü xeyallarımızın neticesi olacaqlar.
4. Yaradıcılığın sirri, ilhamın emele gelme menbeyini gizletme bacarığıdır.
Sizin yaradıcılığınızın unikallığı, onların emele gelme menbelerini meharetle gizlede bilmeyinizden asılıdır. Sizi başqa müdrik insanlar heveslendire biler lakin, eger bütün dünyanın diqqeti sizdedirse, o zaman sizin fikir ve ideyalar unikal görünmelidirler.
5. İnsan elde ede bileceyi ile deyil, vere bileceyi esasında qiymetlendirilmelidir. Çalışın uğurlu deyil, qiymetli insan olasınız.
Bütün dünyada tanınmış insanlara baxsanız görersiniz ki, onların her biri bu dünyaya ne ise bir xeyir verib. Ne ise götüre bilmek üçün, ilk növbede ne ise vermelisiniz. Sizin meqsediniz dünyanın incilerini artırmağa yöneleceyi an, siz növbeti seviyyeye qalxacaqsınız.
6. Heyatı iki cür yaşamaq olar: siz sehrin olmadığı bir dünyada yaşaya bileceyiniz kimi, sehirler ile dolu bir dünyada da yaşaya bilersiniz.
Eger dünyada sehrin olmadığını qebul etseniz, istediyiniz kimi, maneesiz yaşaya bilersiniz. Eger dünyada her bir şeyin sehr olduğunu qebul ederek yaşasanız, o zaman en kiçik gözelliklere de valeh ola bileceksiniz. Her iki yol ile yaşasanız, sizin heyatınız hem xoşbext, hem de verimli olacaq.
7. Men özüme ve düşünme terzime nezer yetirdikde, anlayıram ki, fantaziya ve xeyallarım menim üçün, abstrakt düşüne bilme bacarıqlarımdan daha qiymetlidir.
Heyatınız boyu elde ede bilecekleriniz haqqında arzular – pozitiv heyatın en esas elementidir. İcaze verin xeyallarınız yaşamaq istediyiniz dünyanı yaratsınlar.
8. Qoyun sürüsünün qüsursuz üzvü olmaq isteyirsinizse, ilk növbede qoyun olmağı bacarmalısınız.
Eger siz uğurlu iş adamı olmaq isteyirsinizse, ilk növbede biznes ile meşğul olmağa başlamalısınız. Başlamaq isteyibde, neticelerden qorxmaq size heç bir şey vermeyecek. Bu qanun heyatın diger hisselerinde de keçerlidir: qalib olmaq üçün, ilk növbede oyuna başlamaq lazımdır.
9. Evvel oyunun qaydalarını öyrenmek, sonra ise her kesden yaxşı oynamaq lazımdır.
Oyunun qaydalarını öyrenib, her kesden yaxşı oynayın. Bu qeder sade.
10. En esası sual vermekden çekinmeyesiniz. Her şeyle maraqlanmaq isteyi insana heder yere verilmeyib.
Ağıllı insanlar her zaman sual soruşarlar. Meseleye cavab tapmaq üçün, özünüzden ve diger insanlardan soruşun. Bu size yeni bilikler öyrenmek ile yanaşı, öz biliklerinizin inkişafını analiz etmekde kömek eder.
Albert Eynşteyn


Tarix: 05.03.2013 / 16:29 Müəllif: [Ram] Baxılıb: 2113 Bölmə: Psixoloji Meslehetler