beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloji meslehet

1. öz güclü ve zeif cehetlerinizi etiraf edin ve buna uyğun olaraq meqsedlerinizi deqiqileşdirin.

2. Neyin sizin üçün qiymetli olduğunu, neye inandığınızı, öz heyatınızı nece görmek istediyinizi qetileşdirin. İrelileyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin ve onları bu günün nöqteyi-nezerden qiymetlendirin.

3. Her bir şeyin köküne varın. Keçmişinizi tehlil ederek sizi bu veziyyete getirib çıxaran halları araşdırın. Sizi ezab çekmeye mebur eden ve ya kömek göstere bileceyi halda etmeyen adamları anlamağa ve bağışlamağa çalışın. Keçmiş sehvlerinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüze bağışlayın. Ezablı xatirelerinizden faydalı nese elde edenden sonra onları birdefelik yaddaşınızdan silin ve bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qeder yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş en kiçik uğurlarla bağlı xatirelen üçün başaldın.

4. Günahkarlıq hissi ve xecalet size uğur qazanmağa mane olur. Onların badına getmeyin.

5. Davranızın sebeblerini şexsiyyetinizde deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi ve siyasi aspektlerinde axtarın.

6. Unutmayın ki, her bir hadiseni müxtelif cür qiymetlendirmek olar. Reallıq her bir kesin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylerin müeyyen adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının neticesinden başqa bir şey deyil. Bele yanaşma size imkan verir ki, insanlara daha sebirle yanaşısınızve alçaldıcı görünen hallara üreyiaçıqlıqla tab getiresiniz.

7. Heç vaxt özünüz haqqında pis danışmayın. Elexsus özünüze ''sefeh'', ''eybecer'', ''bacarıqsız'', ''bextigetirmeyen'', ''yönsüz'' ve s. kimi menfi keyfiyyetleri özünüze aid etmeyin.

8. Sizin hereketleriniz konstruktiv tenqide meruz qalarsa, müxtelif cür qiymetlendirile biler. Rifahınız üçün bundan istifade edin ve başqalarının sizin şexsiyyetinizi tenqid etmeye imkan vermeyin.

9. Unutmayın ki, bezen meğlubiyyet uğurdur. Bu meğlubiyyet sizi mecbur edecek ki, gösterdiyiniz seylere deymeyen yanlış meqsedlerden netice çıxarasınız ve sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olasınız.

10. Natamamlığınızı hiss etmeye mecbur eden adamlar, meşğuliyyetler ve şeraitlerle barışmayın. Eger onları ve ya özünüzü deyişdire bilecek qeder özünüze inam hiss etmirsinizse, onda sadece olaraq bütün bunlardan üz çevirin.

11. özünüzü boşaltmağa, üreyinizin sesini dinlemeye, teklikde olanda ruhunuza yaxın olan işle meşğul olmağa imkan tapın. Bele olsa özünüzü daha yaxşı anlaya bilersiniz.

12. ünsiyyetde olun. Bir-birine benzemeyen, özünemexsusluğu ile seçilen adamlarla, bacı ve qardaşınızla ünsiyyetde olarken enerji mübadilesinden zövq almağa çalışın. Tesevvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilerler ve onlara yardım etmeye çalışın. Onlardan ne istediyinizi ve onlara ne vere bileceyinizi deqiqleşdirin. Sonra ise bu cür mübadileye hazır olduğunuzu onlara da anlatmağa çalışın.

13. ''Men''inizi hedden ziyade qorumayın, çünki o, siz düşündüyünüzden de möhkem ve plastikdir. O, ''eyilir'', amma ''sınmır''. ''Men''inizin qısamüddetli emosional zerbe alması daha yaxşıdır, neinki fealiyyetsizlikde ve izolyasiyada olması.

14. özünüz üçün bir neçe uzaq ve ciddi meqsedler seçin ki, onlara geden yolda kiçik ve aralıq meqsedlerden keçeiniz. Aralıq meqsedlere nail olmaq üçün hansı meqsedlerden istifadenin daha zeruri olmasını ölçüb-biçin. Her bir uğurunuzu diqqet merkezinde saxlayın, özünüzü ruhlandırmağa ve teriflemeyi unutmayın. Qeyri-tevazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagelmezlikler üstünüze tökülsün, ot deyilsiniz ki, heyecanla tapdalanmağınızı gözleyesiniz. Siz kamillik piramidasının zirvesiniz, valideynlerinizin ümidlerinin tecessümüsünüz, Allahın yaratdığı mükemmel varlıqsınız. Siz tekrarolunmaz şexsiyyet, heyatınızın aktiv yaradıcısınız. Eger siz özünüze inamlısınızsa, onda manee sizin üçün çağırışa çevrilir, çağırış ise sizi fealiyyete tehrik edir. Bu zaman utancaqlıq geri çekilecek, ona göre ki, ''nece yaşamaq lazımdır fikri'' ile narahatlıq keçirmek evezine siz heyatın qaynarlığına baş vuracaqsınız


Tarix: 05.03.2013 / 16:24 Müəllif: [Ram] Baxılıb: 1207 Bölmə: Psixoloji Meslehetler