beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloqlara göre xoşbextliyin sekkiz şertinden biri

Aile xoşbextliyi mürekkeb fenomendir, ancaq onun sosial-psixoloji şertleri çox sadedir. Bu şertleri öyrenmek, onlara aile heyatının pozulmaz qaydaları kimi emel etmek zeruridir. Gelin hemin şertlerle tanış olaq:

1. Aile heyatı ile yaşamaq lazımdır. Bu sözler eyni derecede ere de, arvada da aiddir. Onlardan heç biri özünü heyat yoldaşından, uşaqlarından ayırmamalı, öz ömründe onların ömrünü yaşamalıdır. Bunun üçün er-arvad ailenin sevinc ve kederini birlikde yaşamalı, bir-birinin zövqünü, marağını ve arzusunu nezere almalı, qayğısına qalmalı, asude vaxtlarını bir yerde menalı keçirmeli, öz xoşbextliklerini uşaqların seadetinde axtarmalıdırlar.

2. Er-arvad bir-birilerine tekce er-arvad kimi deyil, birinci növbede, ana ve ata kimi yanaşmalı, uşaqların gözü ile baxmağı öyrenmelidirler. Biz bu yolla hem de uşaqlarımızın psixi sağlamlığınıqoruyuruq. Axı onların ehvalı ananın da, atanın da ovqatından asılıdır. Ata-ana münasibeti er-arvad münasibetinden daha kövrekdir, ülvi ve müqeddesdir. Arvad kimi belke de qadından küsmek olsa da, ancaq ana kimi ondan küsmek olmaz. Küsende uşaqların gözüne baxın. Onda sehvinizi başa düşeceksiniz. Ata eve gec gelende uşaqlar yata bilmirler. Hamısı nigaran olur. Onlarca ble misallar göstermek olar. Lakin yuxarıda nümuneler meselenin mahiyyetini deqiqi ifade edir: uşaqlar min telle ana ve ataya bağlıdır. Rişesi uşağın qelbinde olan bu teleri qırsanız, onları ancaq bedbext edersiniz.

3. Xoş ünsiyyet, söz-söhbetsiz, giley-güzarsız, ixtilafsız ünsiyyet. Bu elametlere göre aile xoşbextliyinin sirlerini müxtelif istiqametlerde tehlil etmek olar. İki seciyyevi hala diqqeti xüsusile celb etmek lazımdır.
Aile münasibetlerini xerçeng kimi içinden diden-dağıdan birinci halı deyingenlik adlandırıblar. Deyingenlik tekce ailede deyil, bütün sosial qruplarda insanları bezikdirir, tenge getirir, bir-birinden soyudur, hisslerini ölezidir, şexsi münasibetlerini deyişir. Deyingen adamdan hamının zehlesi gedir: ondan gen qaçır, uzaq dururlar.
Deyingen ve çox danışan arvad esrler boyu nağılların, revayetlerin menfi qehremanı olmuşdur. «Fatma geldi qaç» nağılını xatırlayın. Xalq müdriklikle bele bir fikri psixolji cehetden tamamile düzgün ifade etmişdir ki, qadının hemişe nedense narazı olması ailede sülhü, sakitliyi, esl xoşbextliyi pozur., eve kederli, soyuq, ab-hava getirir. Kişiler ise buna ehemiyyet vermir, qadının neden narazı olması ile maraqlanmırlar. Maraqlansaydılar aile heyatında xoşbext, qılıqlı, sözlü-söhbetli günler de çox olardı. Bes deyingen kişiler? Onlar da evde böyüyün-kiçiyin gününü qara edirler. Göresen kişiler ne üçün deyinirler?
Hesas qadın hemişe bele suala cavab axtarır, evde yersiz söz-söhbetin olmamasına çalışır. Ancaq o, öz tecrübesinde bir ehqiqeti gec-tez keşf edib inanır ki, kişi deyinmeye sadece olaraq adet edib, deyinmese darıxar. Bele hallarda qadın ne etmelidir? Hövsele ile çalışmalıdır ki, kişinin her sözünü söz etmesin.
Psixoloqlar ise imkan daxilinde deyinmemeyi meslehet görürler.
İkinci hal da, eslinde, deyingenlikle bu ve ya diger derecede bağlıdır. Biz erin ve ya arvadın bir-birini danlamasını, tenqid etmesini nezerde tuturuq. Erin ve ya arvadın bir-birini danlaması ve ya tenqid etmesi eslinde onun ailedeki statusu, ilk növbede, aile başçısı statusu ile bağlıdıor. Enenevi ailede hansı formada olursa-olsun arvadı danlamaq, mezemmet etmek, tenqid etmek, irad tutmaq hüququ sözün esl menasında kişiye mexsus idi. Göresen, ele bütün kişiler özlerinin bu hüququndan yerli-yersiz istifade edirdilermi? Şübhesiz ki, yox! Arvadı danlamaq, mezemmetlemek, tenqid etmek şexsiyyet meselesidir. Yetkin kişi hemişe arvadının insan leyaqetine hörmetle yanaşıb, onu uşaq yerine qoyub yerli-yersiz danlamaq ve ya mezemmet etmek yolu tutmayıb. Erini yerli-yersiz danlayan, mezemmetleyen qadınlar da az deyildir. Bir sosioloji tedqiqat zamanı müeyyen olunmuşdur ki, reyi öyrenilmiş qadınların 67%-i erini kenar adamların yanında mezemmetleyir. Onları yalnız 13,3%-i buna teessüflenir, özüne haqq qazandırmır.
Müasir ailede qadın statusunun köklü suretde deyişilmesi özlüyünde böyük sosial nailiyyet olsa da, onun gözlemediyimiz elave neticeleri de olub. Onlardan biri bizim günlerimizde bezi qadınların erini uşaq yerine qoyub danlaması, mezemmet ve tenqid etmesi ile bağlıdır. «Bezi» ifadesine diqqet yetirin: esl qadınlar üçün bele hallar seciyyevi deyildir. Onlar erlerinin kişi leyaqetine hörmetle yanaşır, heyat yoldaşlarına daha semereli yollarla tesir gösterirler.
İlk baxışda teeccüblü olsa da, erini danlayan, mezemmet eden qadınlara en çox ali tehsilli qadınlar içerisinde tesadüf olunmuşdur. Mehz onların böyük ekseriyyeti kişini danlamağı, mezemmet etmeyi adi hal hesab edir, hetta bezen teeccüble çiyinlerini de çekir: «kişini danlayanda ne olar ki, zeri töküler?»-deyirler. Bele çıxır ki, eri danlamaq bu ve ya diger derecede tehsille bağlıdır. Lakin meseleye sosial-psixoloji baxımdan yanaşsaq bu izahatla razılaşa bilmerik. Ali tehsilli qadınların böyük ekseriyyeti heyat yoldaşına hörmetle yanaşır, onun kişi leyaqetini uca tutur. Meselenin kökü ali tehsil almış bezi qadınların öz hüquq ve vezifelerini düzgün başa düşmemeleri ile bağlıdır.
Er-arvad bir-birini ne üçün danlayır, neyi irad tutur? Onların öz sözleri ile desek, bu zaman guya bir-birilerini terbiye etmek isteyirler. Bu mümkündürmü? Evvela, eri ve ya arvadı yeniden terbiye etmeye çalışmaq ve bunun mümkünlüyünü güman etmek faydasızdır. İkincisi, er ve ya arvad özünün menfi xüsusiyyeleri ile ne qeder seçilse de, her halda bütün insanlar kimi tekrarolunmazdır. Onlar menfi xüsusiyyetlerle bahem müsbet meziyyetlere de malikdirler. Er ve arvadla ünsiyyet zamanı bu müsbet xüsusiyyetlere diqet yetirmek, onlara arxalanmaq daha düzgün olar. Üçüncüsü adamlar özleri haqqındakı reye hemişe hessa olur, onların baresinde pis tesevvür yaradanların hücumundan özlerini qorumağa can-başla sey gösterirler. Aile heyatında da tesir eks tesire beraberdir, yeni er ve ya arvad öz heyat yoldaşının yersiz iradına, mezemmetine, danlağına, bir, iki, ve ya üç defe dözür, dördüncü defe ise cavab qaytarır. Belelikle de tedricen perde aradan götürülür. Er ve ya arvad yalnız heyat yoldaşına nezaketle yanaşdıqda ondan da haqlı olaraq nezaket gözleye biler.

4. Heyat yoldaşınan ehvalına ve ovqatına hessaslıqla yanaşmaq lazımdır. Onun sevincine şerik olmaq, derdile yaşamaq gerekdir. Ailede insanlar öz-özüne doğmalaşmırlar. Onlar bir-birinin hisslerini yaşya-yaşaya bir-birini derk edir, bir baxışla derd-serlerini anlamağı öyrenirler, sevirler, sevilirler. Heyat yoldaşının hisslerini bütün zerifliyi ile başa düşmek ve ona heyan olmaq eslinde er-arvadlıq istedadıdır.
Psixologiyada başqa adamın sevincini, derdi-serini sezmeye, ona şerik olmağa, bu emosional halların tesirile yaşamağa empatiya (empateya – latın sözü olub, «hisslerle yaşama» menasında işledilir) deyilir. Onun kökünü reğbet hissi teşkil edir. Tanımadığımız, ancaq xoşladığımız, beyendiyimiz adamların halına bele tez acıyırıq. Er-arvad bir-birile mehebbet telleri ile bağlandığı üçün onların münasibetlerinde empatiya daha parlaq ifade olunmalıdır. Lakin onlar iller keçdike er-arvadlıq ömrüne isinişib öyreşir, her şeye adi gözle baxır, bezen mehrlerini daha ox uşaqlara salırlar; bir çox halarda ise er-avadlıq hissleri meişet qayğıları axınında emosional adaptasiya qanunları üzre bu ve ya diger derecede korşalır.
Qadınlar, xüsusile öz şexsiyyetlerinin qiymetlendirilmemesi hallarına son derece hessaslıqla yanaşırlar. Aile münasibetlerinde bu cehet xüsusile aydın nezere çarpır. Kişilerin de öz iddia seviyyesi var; hemişe öz arvadlarının gözünde en güclü, en ağıllı kişi kimi görünmek isteyirler. Aile heyatının öz müqeddes qanunları var: sehrçi, tamaşaçı mövqeyinde durub erin ve ya arvadın derdi-serine şerik olmaq çox azdır. Ona gündelik qayğı,kömek ve nevaziş göstermek lazımdır.
Vefalı, sevib-sevilen ömür-gün yoldaşı insanın evinin direyi, könlünün hemdemi, qelbinin heraretidir. Sevildiyini hiss eden qadınan özü de xoşbextdir, heyat yoldaşı da, uşaqları da. Mehebbeti mehebbetle qazanmaq olar – hisslerin sehri, möcüzesi beledir. Er de, arvad da sevildiyini, istenildiyini hiss etmelidir. Bu, kövrek hissdir – insan onu itirdikde bextever ola bilmez.

5. Etibar. Er ve ya arvad bir-birine etibar etmeli, inanmalıdır. Etibar olmayan yerde sedaqet de, vefa da öz deyerini itirir. Er arvada, arvad da ere inanmadığı üçün bir-birinde bu qiymetli keyfiyyetleri görmürler, görseler de onu başqa meyarlarla qiymetlendirirler.
Birge aile heyatının ilk gününden (daha deqiq desek, ülfet bağlanan günden) er-arvad özünün düzlüyü, doğruçuluğu ile bir-birinin etibarını qazanmalıdır. Hemişe semimi olmaq, heyat yoldaşından heç neyi gizletmemek, her şeyi açıq etiraf etmek, yalan danışmamaq lazımdır. Er ve ya arvad gec-tez bir-birinin emellerini başa düşür, onlardan hr hansı birisi heyat yoldaşı terefinden addımbaşı aldadıldığı qenaetine gelirse, aile münasibetleri saxtalaşmağa başlaır: qısqanclıq, er ve ya arvadı güdme, telefon söhbetlerine qulaq asma, cibini ve ya çantasını xelveti axtarmaq ve kim bilir, daha eler, aile heyatının ab-havasını tedricen zeherleyir.

6. Bir-birini anlama. Er-arvadın bir-birini başa düşmesi onların sedaqeti ile
bağlıdır. Lakin bu iki amili eynileşdirmek olmaz. Aile münasibetlerinin inkişafında onlardan her birinin öz yeri vardır. Eger insan özünü başqasının yerine qoyursa, onun niyyeti, hissleri, davranışı haqqında fikir yürütmeye başlayır.erin arvadı başa düşmesi – onun özüne münasibetlerini derk etmesi demekdir. Bunun üçün o, öz heyat yoldaşının hereketlerini tehlili edir, onların sebeblerini, motivlerini özü başa düşdüyü kimi aydınlaşdırır: ya onu doğma adam sanır, inanır, haqq qazandırır, ya da doğma adam hesab etmir, inanmır, haqqa qazandırmır. Birici halda er-arvadın ünsiyyetine xelel gelmir, ikinci halda ise onların normal ünsiyyeti çetinleşir: er arvadı ve eksine, arvad eri qıcıqlandıran sözler danışır, onun hörmet-izzetini saxlamır. Erle arvadın bir-birini başa düşmesi ve anlaması ailenin normal heyatı üçün olduqca zeruridir. Sosioloqlar müeyyenleşdirmişler ki, insanların demek olar, hamısı xoşbextliye psixoloji meyarlarla yanaşırlar. Müdrik kişiler ve qadınlar bu ceheti qeyd etmişler: xoşbextlik odur ki, seni işde ve evde başa düşsünler, sevsinler, qiymetlendirsinler.

7. Normal intim heyat. Er-arvad münasibetleri kişi ile qadının psixologiyasını köklü suretde deyişir. Onlar ülfet bağladıqları anlardan özlerinin yalnız bir-birilerine mensub olduqlarını qebul edirler. Er-arvadda qeribe hessaslıq emele gelmeye başlayır, onlar başqa adamların, hetta öz doğma övladlarının yanında perde gözleyir, özlerini er-arvaddan daha çox ata-ana kimi aparırlar… Halbuki er-arvad heyatının çox mühüm bir sahesi onların intim münasibetleri ile bağlıdır. Mehz bu münasibetler sahesinde erle-arvad bir-birini temin etmedikde ailede söz-söhbet, dava-dalaş üçün şerait yaranır, aile münasibetleri tedricen pozulmağa başlayır, kişi ve ya arvad evden soyuyur, hetta kişinin gözü onun-bunun ocağında qalır. Bu zaman hekimler seksual uyğunsuzluqdan danışırlar. Mütexessislerin hesablamalarına göre, boşanmaların texminen 30%-i mehz seksual uyğunsuzluq zemininde baş verir.
Erle arvadın intim heyatına adi mesele kimi yanaşmaq olmaz. Bu baxımdan iki ceheti xüsusi qeyd etmek lazımdır. Bu baxımdan 2 ceheti xüsusi qeyd etmek lazımdır.
Birincisi. Bütün adamlarda yemeye, yuxuya, soyuqdan, yaxud heddinden artıq istiden qorunmağa ve s. telebat olduğu kimi , eks cinse de telebat var. Bunlar tebiidir. Tebii telebatların bütün növleri heyvanlar üçün de seciyyevidir, lakin bir mühüm ceheti hemişe nezere almaq lazımdır: insanın tebii telebatları özünün psixoloji mezmununa ve teminolunma formalarına göre heyvanların tebii telebatından köklü suretde ferqlenir. Axı insanın telebatı cemiyyetde, konkret tarixi şeraitde formalaşır ve inkişaf edir. Telebatların mezmunu da, teminolunma vasiteleri de cemiyyetin inkişaf seviyyesi ile şertlenir. Medeni ve menevi telebatlar formalaşdıqca, tebii telebatlar da insanileşir, daha çox menevi-estetik mezmun kesb edir.
İkincisi. Seksual telebat insanın tebii telebatları içerisinde xüsusi yer tutur. Bu ise tesadüfi deyildir. İnsanın cinsi heyatı onun başqa bioloji funksiyalardan ferqli olaraq mehz başqa adama münasibet sahesi ile bağlıdır. İki adamın- kişi ve qadının, er ve arvadın münasibeti ise sosial münasibet meselesidir.
Ailenin intim alemi er-arvada insan münasibetlerinin özünemexsus heraretini bexş edir. Bu münasibetler qarşılıqlı mehebbete esaslananda daha da gözelleşir, insan ünsiyyetinin ferehli anlarına çevrilir.
Görkemli mütefekkirler intim münasibetlerde qadının roluna böyük mena vermişdir. O özünün qadın gözelliyinin cazibesini qoruyub saxlamalıdır. Yaşı, peşe sahesi, tehsil seviyyesi çerçivesinde seliqe-sahmanlı, sığal-tumarlı olmalıdır. İntim münasibetlerin necibleşdirilmesi de qadının davranış ve reftarı ile bilavasite bağlıdır. Jan Jak Russo exlaqi-felefi «Yuliya» ve ya «Yeni Elioza» romanında yazırdı: «…en sedaqetli qadınlar erlerinin ixtiyarını öz ellerinde adeten daha çox saxlayırlar, onlar ne şıltaqlıq edir, ne de erlerini redd edirler, ancaq ağıllı ve ince temkinlilik sayesinde öz erleri ile çox zerif reftar edib onları müeyyen mesafede saxlamağı bacarır ve heç vaxt doymağa qoymurlar».
Er-arvadın intim heyatı eslinde onların ömür-gün yolunun bütün çalarlarını özünde eks etdirir. Kişiler hemişe öz heyat yoldaşlarından mehribanlıq, qılıqlı, zerif reftar gözleyirler. Halbuki onların öz heyat yoldaşlarını qiymetlendire bilmek ve sevmek bacarığı ailenin intim heyatı üçün olduqca zeruridir. Qadının öz gözelliyini qoruyub saxlaması da ele erin qayğı ve mehribanlığından bilavasite asılıdır.
Ailenin intim aleminde fizioloji ve psixoloji çalarlar özünemexsus şekilde birleşir. Erle arvadın bir şexsiyyet kimi xüsusiyyetleri onların qarşılıqlı münasibetlerinin mehz psixoloji çalarlarında eks olunur; onlar bu anlarda bir-birilerine ne qeder yaxın olduqlarını derk edir, bir yerde özlerini sözün esl menasında xoşbext hiss edirler. Eger er-arvadlar bu kövrek hissi ömürleri boyu qoruyub saxlaya bilseler, evde aile münasibetlerinin inkişafı üçün elverişli şerait yaranır.

8. Ve… öz Evlerinin olması. Psixoloqlar bu meseleden danışarkın Ev sözünü böyük herfle tesadüfen yazmırlar: burada söhbet her hansı bir yaşayış
sahesinden deyil, aile münasibetlerini öz herareti ile isiden doğma evden gedir. Bu ocaq benzersizdir, tekrarolunmazdır. Onun seliqe-sehmanı, ab-havası ile bir xalqın psixologiyası bir külfetin psixologiyasına hopur.
Tezebey ve teze gelin çox vaxt aile qurduqdan sonra valideynleri ile birlikde yaşayırlar. Er-arvad münasibetlerinin formalaşdığı ilk dövrlerde bu, belke de zeruridir. Yaşlılar – tezebey ve ya gelinin anası ve atası, hemçinin bacı ve qardaşları onların bir-birine isinişmesinde az rol oynamırlar. Lakin «ata yurdu», «ana ocağı» ne qeder şirin olsa da, bu doğma divarlar arasında genc er-arvad özünü psixoloji baxımdan her halda asılı hiss edir, sıxılır, heyatını istediyi ikim qura bilmir, ister-istemez valideynlerin heyat terzinin axarına düşseler de, onunla uyuşmaqda psixoloji cehetden çetinlik çekirler: el—ele sığır, ev eve sığmır.
Müdrik ata-analar bu ceheti hemişe qabaqcadan görübler. Onlar qonum-qonşunun tecrübesinde inanıblar ki, uşaqlar böyüdükce yolları da haçalanır. Onlardan her biri gec-tez öz taleyini, öz ikşi ve ya qadın ömründe öz ailesinin – heyat yoldaşının ve uşaqlarının taleyini yaşayacaqdır. Bu, eslinde heyatın öz mentiqidir. Genc aile de dünyaya yenice göz açmış uşaq kimi ne vaxtsa belekden çıxmalıdır, imeklemeyi, yıxıla-yıxıla yerimeyi öyrenmelidir. Haçansa üz-göz olub, inciyib ayrılmaqdansa, vaxtında ayrı yaşamaq, ev-eşik sahibi olmaq yaxşıdır. Elimizin-obamızın gözel adet ve eneneleri var: «uşaqlara» vaxtında ev-eşik düzeldib, erseye çatan kimi böyük «uşaqları» ayırardılar. Evin kiçik oğlunu-sonbeşiyini evlendirende ise onu ayırmırdılar. Kiçik oğlu ata-anaya heyan olurdu, ata yurdunda qeyretle çıraq yandırır, onun ab-havasını öz ailesinin ömründe yaşadırdı.


Tarix: 05.03.2013 / 16:27 Müəllif: [Ram] Baxılıb: 2260 Bölmə: Psixoloji Meslehetler