beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alkoqolizm

Alkoqol terkibinde etil spirti olan ve içildiyi zaman insana müveqqeti kef ve serxoşluq veren,eyni zamanda vücuda zererli tesir eden,bir çoxlarında verdişe çevrilen içkilerdendir.İçkisiz dura bilmeyenlere (verdiş edenlere) ,beden ve ruhi-menevi sağlamlığını,aile,sosial ve iş heyatını pozacaq derecede içki qebul edenlere alkoqolik deyilir.İçkinin bedene ve ruha vurduğu ziyanı hamı bilir.İçki kimi,esasen,etil spirtinden istifade olunur.
İçkiye başlamanın bir neçe sebebi ola biler.

Bioloji sebebler.Atanın evliliyin ilk gününden ve ananın hamilelik dövründe içki qebul etmesi neticesinde ve sinir sisteminin pozulması ile uşaqlar bezen anadangelme alkoqolik olur.
Etrafla bağlı sebebler.Davamlı içki içilen bir mühitde yaşayan gencler ya çevreden,ya da valideynlerden tesirlenerek içkiye alude olur.
Psixoloji sebebler.Cemiyyetin adet ve ananalerini heçe sayan ailelerin uşaqlarına örnek ola bilmemeleri de esas sebeblerden biridir.
Sosial sebebler.Menevi duyğuları yüksek,din ve enenelere bağlı toplumlarda içki halları yox derecesindedir.Rifah halı,urbanizasiya-şeherleşme,senayeleşme ve kütlevi çaxnaşmalar genclerin alkoqol mübtelası olmalarına sebeb ola biler.
Dünya Sehiyye Teşkilatının otuz ölke arasında apardığı araşdırmaya göre,içkiye aludeçilik cinayetlerin 85%-ne,yol qezasının 61%-ne,namusa tecavüzün 80%-ne,zor tetbiqinin 50%-ne,yanğınların 16%-ne sebeb olur.
Eyni araşdırma alkoqol mübtelası olanların olmayanlara nisbeten 16 defe artıq her şeyini berbad etdiyini,30 defe artıq zeherlendiyini,58 defe artıq intihar etdiyini aşkar etmişdir.Ruhi xestelerin 40-50%-ni,hebs edilenlerin 50%-ni alkoqolikler teşkil edir.
İçki içilen aileler yeni nesillere böyük zerer verir.Dünya Sehiyye Teşkilatının hesablamalarına göre içki qebul eden qadınındünyaya getirdiyi uşağın çekisinin normaldan aşağı olması 98%,dodaq ve barmaqlarda anormallıq 95%,ruhi problemler 89%,qüsurlu nitqi 80%,toxumalarda problemler 80%,tecavüzkar elametler 72%,hormonik ve cinsi pozğunluq 46%,hissiat pozuqluğu 41%,otropedik xesaret 33%,deri ve dırnaq xesareti 30%,ürek zeifliyi 29%,görme zeifliyi 25% teşkil edir.
Yuxarıda gösterilenler zedelerin cemi 930-dur.Bu cür hamile qadınlardan içkini davam etdirenlerin 93%-inde bu hallar baş vere biler.Bele veziyyet doğulacaq uşaqlar baxımından çox qorxunc bir göstericidir.
İçkinin ürek ve damar xesteliklerine yaxşı tesir etmesifikrinin terefdarlarına cavab olaraq Amerikanın Baltimor eyaletindeki Con Hopkins Universitetinde işleyen Doktor Cinqzhonq Dinq ve heyeti 1909 nefer üzerinde tecrübeler aparmış ve ayrı-ayrı vaxtlarda onların beyin MR-larını çekerek içkini az da olsa,qebul edenlerin beyinlerinde getdikce kiçilme emele geldiyini sübut etmişler.

Alkoqolizmin müalicesi:
İçki içmeye alude olan ferdlerin içkiden evvelki sağlamlığını bacarıqlarını elde etmesi,içki üzerinden toplumda itirdiyi rolunu ve nüfuzunu qaytarması üçün her cür müalice üsullarından istifade olunmaqdadır.
Müalicede meqsed içkinin tam buraxılmasıdır.Müalicenin istenilen neticeni vermesi üçün xeste bunu istemeli,müalice başlayandan etibaren içki içmemelidir.

Antebus müalicesi,xesteye antebus ve ya bezi dermanlar verilmekle onda keçici böhran emele gelmesine,tezyiqin düşmesine,terlemelere,istiliyin artmasına,vücudun bezi hisselerinin qızarmasına ve ürek döyüntüsünün güclenmesine sebeb olunur.Bu zaman klinik ölüm halı sınaqdan çıxarılır.İçki qebul eme isteyi keçene qeder bu proses davam etdirile biler.

Nifret hissi oyatma:Xesteye bezi dermanlar verilmekle ürek bulanmasına,içki verilmekle qusmasina ve alkoqola qarşı nifret hissinin oyandırılmasına çalışılır.

Psixoloji müalice:Alkoqolik içkinin zererleri ile bağlı melumatlandırılır.Belalardan qurtarmağın yolunun içmemeye bağlı olduğu fikri formalaşdırılmağa çalışılır.
Bu müalice üsullarından başqa,hipnoz ve sosio müalicelerden de istifade edilir.İçkini atmaq her bir müalice üsulu ile yanaşı,insanın öz ezmi ve iradesi ile hell olunan bir meseledir.


Tarix: 05.03.2013 / 16:27 Müəllif: [Ram] Baxılıb: 1006 Bölmə: Psixoloji Meslehetler