beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qənaətcil olun!

Bəzən görürsən ki, soyuducuda nə vaxtdan bəri kifayət qədər ağartı məhsulları – kəsmik, pendir, kefir, smetan, qatıq yığılıb qalmışdır. Belə vaxtda onları tullamağa tələsməyin. Kəsmiyin, pendirin, kefirin qalığından ləzzətli qoğallar bişirə bilərsiniz.

Kəsmiyi çuxur qabda əzin. Quruyub, bərkimiş pendiri isə iri gözlü sürtkəcdən keçirib üstünə kefiri tökün, çiy yumurta, azca çay sodası və un əlavə edərək hamısını birlikdə qarşıdırın. Qatışığı möhkəm qızdırılmış tavada, istədiyiniz yağda o üz-bu üz qızardın. Çox ləzzətli, iştahaçan, azca şorməzə qoğallar alınacaqdır.


Tarix: 28.12.2012 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Praktik meslehetler