beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnanma əzizim, Inan əzizim

Desələr onu da əyilən gördük ,
Dünən dediyini bu gün danırdı .
Desələr dərsini yaxşıca verdik ,
Gülüb üzümüzə yaltaqlanırdı ,
İnanma əzizim ……
İnanma buna .


Bir sınmış ağacın önündə çöküb ,
Desələr budağı bağlayırdı o .
Bir solmuş çiçəyi min dəfə öpüb ,
Lap uşaqdan betər ağlayırdı o ,
Sən inan əzizim ,
Sən inan buna .



Birinin haqqını aldılar əldən ,
Desələr daş kimi susub baxırdı .
Heykələ dönmüşdü durduğu yerdə ,
Səsini içinə qısıb baxırdı .
İnanma əzizim ,
İnanma buna .


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Nüsrət Kəsəmənli