beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU SEN DEYILSEN...

Qayidib gelibsen gozleri yashli,
Deyirsen, bir daha kusen deyilsen.
Hani o vuqarin, o saymazligin;
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Deyirsen vaxt kechir, zaman gozlemir,
Dilin dediyini ureyin demir.
Bu yalvaran gozel sene benzemir,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Deyirsen kusenler barishar yene,
Ne tez boyun eydin besh gunluk qeme?
Ozunden raziliq yarashir sene,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Derdlisen, derdini get danish suya,
El achma, alchalma men veren paya,
Ele bil dilenchi gelib qapiya,
Yox, bu sen deyilsen, bu sen deyilsen.


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 191 Bölmə: Nüsrət Kəsəmənli