beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İri sinənin təbii yolla kiçildilməsi
İri sinənin təbii yolla kiçildilməsi

Öncəliklə qeyd edək ki, süd vəzisinin böyüklüyü yağ toxumasının yığılmasından yaranır. Ola bilər ki siz o qədər də kilolu deyilsiniz, normal çəkilərə sahibsiniz, ama süd vəziləriniz böyükdür. Bu o deməkdir ki, sizin orqanizminizdə yağlar daha çox bu zonaya meyl edir. Bunun nəticəsində hərəkət məhdudlaşır, kürək nahiyəsində ağrılar yaranır. Yaxşı bəs, böyük süd vəzilərini kiçiltmək üçün nə etməli?

Bu bölgədəki yağ yığılmasından xilas olmanın bir neçə yolu var. Bunlardan ən asan olanı, lakin çox az tərcih ediləni estetik əməliyyatıdır. Düzdür, xanımlar döşlərini böyütmək üçün estetik əməliyyat olurlar, amma böyük süd vəzilərini kiçiltmək istəyən bir qədər az olur.

Həkimlər də bunu məsləhət görmürlər. Bu üsul yerinə təbii üsullar seçilməlidir. Təbii üsul deyilincə də bu tip mövzularda ilk ağla gələn üsul idman-məşqdir. Amma düşünməyin ki, siz arıqlayınca süd vəziləriniz də kiçiləcək. Bu fərddən fərdə dəyişir. Bölgə olaraq deyil, bütün bədəndəki yağların əridilməsinə çalışın. Nə qədər kilo verdiyinizü öyənmək əvəzinə bədəninizdəki yağ miqdarını öyrənmək daha faydalı olar.

Aerobika ilə ağırlıq qaldırmanı birləşdirilib gözəl bir idman proqramı hazırlana bilər. Ağırlıq qaldırma bütün bədəndəki əzələ kütləsini artırar və maddələr mübadiləsini sürətləndirər. Beləliklə daha zərif görünməniz təmin edilmiş olar. Və beləcə daha çox kalori yandırmış olarsınız.

Sırf olaraq süd vəzilərinin kiçildilməsi üçün isə bədən üçün ümumi bir məşq edilməsi ən təsirli üsuldur. Məşqlərin yalnız bir bölgə üçün edilməsi bədənin tarazlığının çaşmasına səbəb ola bilər. Süd vəzilərininin kökəlməsi onların ürəyə yaxınlığı baxımından olduqca təhlükəlidir. Bu halda infarkt, damar tıxacı ilə nəticələnə bilər.

Ümumiyyətlə, avarçəkmə süd vəzilərinin kiçildilməsi üçün ən yaxşı idman növü hesab edilir. Eyni zamanda bol-bol qaçış da yaxşı effekt verir.

Sizə süd vəzilərinin kiçildilməsi üçün bitkilərdən hazırlanmış təbii dərmanı təqdim edirik.
1. Meşə ağacının qırılmış qabıqlarını dəmlənin. Və bununla sinə vannası, kompres və masaj edin.

2. Serpolet (bir növ yabanı kəkotu) və bibəriyənin çiçək və yarpaqlarını dəmləyin, sinə vannası, kompres və masaj edin. Bibəriyyəni şəhərimizdəki türk ədviyyatları mağazalarından, lap türk restoranlarından da əldə edə bilərsiniz.


Tarix: 17.04.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 776 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri