beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gün ləkələri üçün maska

Gün ləkələrindən xilas olmaq istəyənlər üçün iki maskanı Qadın.az təqdim edir yaz aylarında günəşin nemətlərindən istifadə etmək üçün yaxşı imkandır. Hər bir nemətdə olduğu kimi, günəş şüalarının çoxunun üz dərimizə zərərləri var. Bunlardan qorunmaq üçün lazımi tədbirlər görməyinizə baxmayaraq bəzi dərilərdə günlə bağlı ləkələr əmələ gəlir.

Yumurta Ağı Maskası

Bir limonun qabığını soyaraq blendırdan yaxşıca keçirin. Bir yumurtanın ağını da içinə qataraq krem halına gələnə qədər qarışdırın. Qarışığı dərinizə göz və dodaq bölgələri xaricində yaxşıca yedirərək sürtün və quruyana qədər gözləyin. Quruyan maskanı ilıq su köməyi ilə təmizləyin.

Pomidor Maskası

Bir yemək qaşığı yulaf unu, bir ədəd pomidor və yarım limon suyunu blendırdan krem halına gələnə qədər blendırdan keçirin. Qarışığı incə bir təbəqə halında dərinizə yayın və 15 dəqiqə gözlədin. Sonra ilıq su ilə ovaraq çıxarın.

Allergiyası olan xanımların istifadə etməsi məsləhət görülmür.


Tarix: 22.11.2014 / 15:59 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri