beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl qadınlar iş tapmaqda çətinlik çəkir

Araşdırmaya görə, gözəl qadınlar üçün iş tapmaq digərləri ilə müqayisədə daha çətinmiş. İsrailin Ben Gurion və Ariel universitetləri tərəfindən ortaq şəkildə aparılan araşdırmanın nəticələrinə görə CV-sinə fotoşəkilini qoyan gözəl qadınlar daha az müsahibəyə çağırılırmış.

Araşdırma çərçivəsində 2 min 500 gerçək iş elanına xəyali qadınlar tərəfindən müraciət edilib. İş elanlarına biri fotoşəkilli, digəri fotoşəkilsiz olmaq üzrə, bir-birinə bənzəyən CV-lər göndərilib. "Economist" jurnalının araşdırmalarına görə isə qadınlardan fərqli olaraq, məhz yaraşıqlı kişilər müsahibəyə daha çox çağrılırmış.

Tədqiqat zamanı gözəl qadınlardan birinin CV-si iş elanı üzrə eyni ünvana inadla 11 dəfə təkrar göndərildikdən sonra müsahibə üçün çağrılıb. Ben Gurion Universitetinin tədqiqatçısı Bradley Ruffle kişi və qadınların işə qəbulunda yaranan bu cür ayrıseçkiliyi xüsusi qısqanclıqla bağlayır.


Tarix: 14.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri