beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüsursuz dəri üçün soğan maskası

Soğan tərkibindəki komponentlərə əsasən üz üçün xüsusi əhəmiyyət kəsb edir.

Soğandan hazırlanmış maskalar yağlı, məsaməli və həmçinin təravətini itirmiş quru dərilər üçün də xeyirlidir.

Yağlı və məsaməli dəri üçün maska

Hazırlanması:
2 orta ölçülü soğanları, püre halına düşənədək bişiririk. Üzərinə 2 x.qaşığı bal əlavə edərək yaxşıca qarışdırırıq. Artıq maskamız hazırdır.
Dəri təmizləndikdən sonra, maskanı üzümüzə çəkirik. 15-20 dəqiqə saxladıqdan sonra nəm salfetlə silirik. Sonda çobanyastığından hazırladığımız su ilə üzümüzü yaxalayırıq.

Quru və təravətini itirmiş dəri üçün maska

Hazırlanması:
Soğanı sürtgəcdən keçiririk. Eyni nisbətdə soğan,bal və südü qarışdırırıq. Alınan maskanı üzümüzə çəkib 30 dəqiqə gözləyirik.
Vaxtın tamamında maska çobanyastığı suyu ilə yuyulur.

Həmişə gözəllikdə...


Tarix: 22.11.2014 / 15:59 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri