beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda zəyifləmək mümkünmü?

Yuxu insan bədəni üçün çox əhəmiyyətlidir. Naviqasiya və maddələr mübadiləsi sürəti yavaşlayar. Çünki bədən yuxuda özünü bərpa edir, hüceyrələrdə əmələ gələn metabolik artıqlar təmizlənir, bədən yeniləyici hormonlar olan melatonin və böyümə hormonu yuxuda yüksələr. O səbəblə keyfiyyətli yuxu çox əhəmiyyətlidir.

Yuxunun keyfiyyətini təyin edən ən əhəmiyyətli faktorlardan bir dənəsi, dəliksiz və kəsilməz olmasıdır. İkinci əhəmiyyətli vəziyyət isə səssiz və qaranlıq bir mühitdə yuxunun davam etdirilməsidir. Səssiz və qaranlıq mühit xüsusilə melatonin hormonun kifayət qədər ifraz olunması üçün əhəmiyyətlidir.

"Yuxuda kilo vermək üçün aç yatın"

Dəliksiz və kəsilməz yuxu üçün də hər nə qədər səssizlik və qaranlıq əhəmiyyətli isə də adamın tənəffüs yollarında bir problem olmaması da lazımlıdır. Tənəffüs yollarındakı darlıqlar və çox kilo, kifayət qədər nəfəs alamamaya, bu da yuxuda xoruldama, "obstriktif sleep apnea" dediyimiz "yuxuda tənəffüs dayanması" na səbəb olar. Bu vəziyyət bədənin kifayət qədər oksijenlənəməməsinə, hüceyrə içindəki sərbəst radikalların kifayət qədər təmizlənəməməsinə gətirib çıxarar. Eyni zamanda gecə kifayət qədər yatmama gün içində enerji qeyri-kafiliyinə, halsızlığa, ara ara gələn yuxu keşiklərinə səbəb olar.

Keyfiyyətli yuxu və yuxuda kilo vermənin ən əhəmiyyətli yollarından biri, aç yatmaqdır. Axşam yeməyindən sonra heç bir şey yeməmək yuxu əsnasında böyümə hormonunun daha çox ifraz olunmasına gətirib çıxarar. Böyümə hormonunun yüksəlməsi həm maddələr mübadiləsinin sürətlənməsini həm də yaşlanma prosesinin gecikməsini təmin edər. Bu vəziyyətdə yatarkən belə kilo verə bilmək mümkün olur. Ayrıca axşam yeməyindən sonra xüsusilə meyvə yeməməyə diqqət göstərmək lazımdır. Çünki meyvələrin şəkər nisbəti çox yüksək və axşam meyvə yediyinizdə bədəndə insulin hormonu daha çox ifraz olunur. Bu vəziyyət yağlanma müddətini sürətləndirir.

"Gündüz yatmayın"

O zaman keyfiyyətli yuxu insan bədəni üçün ən az su, oksigen qədər lazımlıdır. Bunun üçün;

Gündüz yuxusuna əsla yatmayın.
Gündüz və axşam çox çox çay-qəhvə isdifadə etməyin.
Axşam yeməyindən sonra meyvə yeməyin.
Axşam yeməyindən 2 saat sonra edəcəyiniz yarım saatlıq bir templi gediş səhərə qədər yağ yandırmanızı təmin edər, yuxuda daha çox zəyıfləmənizi təmin edər.
Yatağa aç qarınına gedin.
Uyğun yataq uyğun mühit, səssizlik, qaranlıq təmin edin.
Yaşlanmamak üçün, daha enerjili yaşamaq üçün və daha keyfiyyətli bir yuxu üçün şübhəsiz çox kilolardan xilas olun.


Tarix: 25.11.2014 / 11:25 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri