beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl qaşların sirri

Gözəl qaşlara sahib olmaq əlimizdə
Doğru qaş almaqla gənc, gözəl və dəbdəbəli görünə bilərsiniz. Qaşlara verilmiş səhv forma gözəl görünüşünüzü bir fəlakətə çevirə bilər.
Bu məsləhətlərlə gözəl qaşlara sahib ola bilərsiniz.

Bir az diqqət və bir az da səbr etməklə qaşlarınıza qüsursuz bir şəkil verə bilər və gözlərinizə daha mənalı ifadələr qazandıra bilərsiniz.

Qaşlarınızı bir mütəxəssisə təslim etmək istəmirsinizsə özünüz də forma verə bilərsiniz. Əlbəttə bəzi detallara riayət etmək şərtiylə.

Budur gözəl qaşlara sahib olmanın sirləri ...

- Əvvəl isti bir duş alıb məsamələrin buxarla açılmasını təmin edin.

- Qaşlarınızı alarkən hər dəfə tək tükü alın və hərəkətinizi mütləq qaşın çıxış istiqamətinə doğru həyata keçirir.

- Ağrının qarşısını almaq üçün evdə qaşlarınızın üzərinə qısa bir müddət üçün buz qoyun.

- Qaşlarınızdaki boşluqları doldurmaq üçün qaş qələmləri yerinə fırçalı boyaları sınayın. Fırçanın yumşaq toxunuşları sərt qələm zərbələrindən çox daha təbii görünər.

- İşinizi bitirdikdən sonra dərinizə mütləq tonik tətbiq edin.

- Maqqaşla aldığınız qaşlarınızın ətrafı şişib qızara bilər.

- Əgər qaşlarınızı qalınlaşdırmaq istəyirsinizsə və buda sizdə heç alınmırsa, sarımsaqdan faydalanın. Gecə yatmazdan əvvəl sarımsağı qaşlarınıza sürtün. Bunu 15 gün boyunca tətbiq edin.
Dəyişikliyi özünüzdə hiss edəcəksiniz.

Həmişə gözəllikdə...


Tarix: 22.11.2014 / 15:04 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri