beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzün ingilissayağı təmizlənməsi - Resept

Təmizlənmə 4 mərhələdən ibarətdir. Onların hər birində müəyyən komponentlərin istifadəsi nəzərdə tutulub. Sun.az xarici mətbuata istinadən xəbər verir ki, bu proseduranı həyata keçirərkən ardıcıllığa riayət edilməsi vacibdir:

1. Bir xörək qaşığı yulaf ununu 1 çay qaşığı bitki yağı ilə qarışdırın.

2. Bir xörək qaşığı balı 1 çay qaşığı alma şirəsi ilə qarışdırın.

3. 1/2 stəkan turş kefiri 1/2 çay qaşığı limon şirəsi ilə qarışdırın.

4. Mineral su ilə doldurulmuş pulverizator

Tətbiqi:

1.Üç dəqiqə ərzində yağlı-yulaflı kütləni pambıqla dərinizə masaj edərək sürtün. Sonra 5-7 dəqiqə gözləyin.

2. Ballı-şirəli məhlulu üzünüzə çəkin, 5-7 dəqiqə gözləyin.

3. Üzünüzü yumadan kefirli məhlulu çəkin.

4. Üzünüzü təmiz su ilə yuyub. Mineral suyu pulverizatorla üzünüzə çiləyin və ya tənzifi suya batırıb 2-3 dəqiqə üzünüzdə saxlayın.

Belə təmizləmə sayəsində dərinin buynuz qatı qismən çıxarılır ki, nəticədə dəri ölü hüceyrələrdən təmizlənir. Beləliklə, yenilənən dəri cavanlaşmış və təravətli görünür. Proseduranı hamamda aparmaq daha məqsədəuyğundur.


Tarix: 24.11.2014 / 16:39 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri