Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Spiral

Uşaqlıqdaxili vasitələr və ya geniş yayılmış adıyla desək,spirallar ən çox istifadə olunan kontrasepsiya vasitəsidir.Plastmas tərkibli uşaqlıq daxilinə yerləşə biləcək ölçüyə malik olan spirallar T hərfi formasındadır.Plastmasdan ibarət olan əsas gövdə hissənin ətrafını mis tel əhatə edir.Bu mis hissəni bəzən qızıldan da hazırlayırlar.Bəzən isə dərman maddələri və ya hormonlar da bu hissəni əvəz edir.Spirallar təkcə hamiləlikdən qorunmaq üçün deyil,eyni zamanda müalicəvi vasitələr kimi də istifadə olunur.

Hormon tərkibli spirallar əsasən, misli spiralların aybaşı qanaxmasının miqdarını və ağrılarını artırmaq kimi əlavə təsirlərini aradan qaldırmaq üçün istifadə edilir.Çünkü ən geniş yayılmış spirallar mis tərkibli olanlardır.


Hər bir spiralın gövdə hissəsinin aşağısında sap vardır ki,bu da lazım olduqda həkimin onu xaric etməsi üçündür.

Təsir mexanizmi isə bundan ibarətdir ki,daxil edildiyi andan etibarən spiral yad maddə kimi fəaliyyət göstərir və ətrafında iltihab sahəsi əmələ gətirərək bu zaman bu sahəyə çoxlu sayda immun hüceyrə toplanaraq cinsi əlaqədən sonra uşaqlığa daxil olan spermin mehv edilməsinə səbəb olur və hamiləlik baş vermir.



Spiralın təsiri qoyulduğu andan başlayır və çıxarıldığı anda başa çatır.Qoruma müddəti isə hər bir markada fərqlidir,ən az 5 il müddətinə qoruma orta minimumdur.Bu müddət spiralın tərkibindəki misin və ya hormonun zaman keçdikcə bitməsi ilə əlaqədardır.

Spiralın qoruma faizi çox yüksəkdir,bir ərzində hər 100 qadından 1ində hamiləlik müşahidə olunur.

Spiralın qoyulmasına qərar verən qadından ətraflı anamnestik məlumat alınaraq ginekolji müayinə aparılır və xərçəngönü xəstəliklər və ya xərçəngin özü inkar edildikdən sonra həkim spiralın qoyulacağı günü təyin edir.Bu dərhal da ola bilər.Əgər planlı şəkildə olarsa,aybaşının ilk günlərində uşaqlığın xarici dəliyi azacıq açıq olduğundan aybaşının ilk günlərində və ya istənilən tarixdə xarici dəliyi genəltməklə qoyulur.Spiral süni və ya təbii abortdan yaxud da doğuşdan dərhal sonra da qoyula bilər.Lakin daha yaxşı olar ki,zahılıq müddətini başa vurasız.

Ancaq ümumilikdə qadın hamilə olmadığı bütün hallarda spiral qoydura bilər.

Spiralın qoyulması əsasən ağrısız bir proseduradır,lakin yerli olaraq anestetiklərdən də istifadə edilir.



Spiral taxıldıqdan sonra qadın USM edilir və spiralın vəziyyəti təyin olunur.





Əks göstərişlər
Çoxsaylı partnyorlu həyat yoldaşı infeksiya mənbəyi ola bilər
Hamiləlik
QİÇS,hormonal müalicə almış şəxs,narkotik istifadəçilərində orqanizmin immuniteti zəiflədiyi üçün
Norma xarici qanaxması olan qadınlarda səbəb aradan qaldırılmadan
Uşaqlıqdaxili miomaların uşaqliğın quruluşunu pozduğu hallarda
Misə həssaslığı olan və mis metabolizmi pozğunluğu olan qadınlarda
Müayinə zamanı uşaqlığın boşluğunun böyük və ya kiçik olduğu hallarda spiralın qoyulması əks göstərişdir.Əvvəllər doğmamış qadınlar ətraflı müayinədın sonra spiral qoydura bilər.

Əlavə təsirlər
Mis tərkibli spirallar aybaşı qanaxmasını gün və miqdar olaraq artırır.Buna görə də iltihab əleyhinə vasitələr istifadə olunur.Əks hallarda həkimə müraciət olunur
Bəzən ilk həftələrdən ləkə şəklində qanaxmalar ola bilər
Spiralın ipinin uzun kəsilməsi cinsi əlaqəyə mane ola bilər
Uzun müddətli spiralın bətndə qalması spiralın yerdəyişməsi və boruları bağlaması ola bilər və s.

Xüsusi hallar
hamiləlik-spiral istifadə edən qadında aybaşı gecikirsə,dərhal həkimə müraciət etməlidir


Tarix: 24.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...