Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tuş sürtərkən bu səhvləri etməyin!

Başqalarında gördüyünüz kirpiklərə necə olub da sahib ola bilmədiyinizi maraqlanırsınızsa, problemin cavabını xəbərimizdə tapacaqsınız!
Tuş sürtərkən ən çox yol verilən səhvlər bunlardır...

Bir neçə qat sürtməyin!
Tuşun bir ya da ən çox iki qat sürtülməsi lazım olduğunu söyləyən makiyaj ekspertləri, 3-4 qat sürtməkdə israr etdiyiniz tuşun kipriklərinizdə meydana gətirdiyi görünüşün bir fəlakətə gətirib çıxardığını söyləyir. Kipriklərinizi daha uzun və ya daha sıx göstərməyə çalışmaq kimi yaxşı niyyətləriniz olduğunu bilirik, ancaq çox təəssüf ki bu hərəkətin tək nəticəsi boyanın kipriklərinizdə topalanmış halda dayanması olur.

Fırçanı salıb salıb çıxarmayın!
Tuşun hansı məqsədlə istifadə edildiyini öyrəndiyimiz gündən bəri tək etdiyimiz hər istifadə əvvəli fırçanı içinə salıb çıxarmaq olur. Halbuki tuşun içinə girən hava, bir az daha tez pozulmasına və topalanmasın gətirib çıxarır.

Kiprik qaldırıcını tuşu sürtdükdən sonra istifadə etməyin!
Kirpik qaldırıcını icad edənə hər ağılınıza gələn şəkildə istifadə etməyin. Amma əgər tuşu sürtdükdən sonra kipriklərinizi qaldırırsınızsa onlara verə biləcəyiniz ən böyük zərəri verirsiniz deməkdir. Bizdən deməkdir; kiprik qaldırıcını daim təmiz kipriklərinizə tətbiq edin!

Tuşu kipriklərinizin yalnız ucuna sürtməyin!
Yaxşı bir başlanğıc yaxşı bir nəticə deməkdir. Tuşu sürtməyə kipriklərinizin ucundan başlayirsınızsa istəmədən də olsa onların daha qısa görünmələrinə gətirib çıxararsınız. Kiprik diblərinizdən sürtməyə başlayaraq yenidən yaratmağa çalışdığınız kiprikləriniz daha uzun görünəcək.

Göz qapağınızın içinə bulaşdırmayın!
Tuşu yavaş yavaş deyil də gərəyindən çox qüvvət tətbiq edərək sürtməniz, göz qapağınızın iç tərəfində istənməyən tuş izlərinə gətirib çıxaracaq. Buna görə ya tətbiq əsnasında daha diqqətli davranmağa çalışın ya da bulaşan çox boyalarını qulaq çubuğu köməyiylə təmizləyin.

Köhnəlmiş tuş istifadə etməyin!
Aldığınız tarixi xatırlamadığınızdan o tuşun bir xeyli köhnə olduğu nəticəsini çıxarırıq. "Amma heç istifadə etmədim, çox az istifadə etdim" kimi bəhanələrə qulaqlarımız yorulub artıq, dərhal indi köhnəlmiş tuşunuzu zibilliyə atmanızı təklif edirik. Çünki siz gözünüzlə görməsənizsə də, fırçanı tuşdan çıxarıb sonra yerinə yenidən saldığınızda tuş havayla təmas edir və içində istənməyən bakteriyalar yaranır.


Tarix: 15.06.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...