Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaş alarkən nələrə diqqət etməli?

Üzə məna qatan ən əhəmiyyətli elementlərdən biri qaşlardır. Səhv alınması bir anda üzünüzün bütün ifadəsini dəyişdirib anlamsızlaşdıra bilər. Bu səbəblə həmişə güvəndiyimiz insanların yanına gedərik.

Son dövrlərdəki çətinliklər səbəbiylə hamımız gözəllik üçün ayırdığımız büdcəni sıxmağa, hətta az qala heç xərcləmə etməməyə başladıq. Yəni iş başa düşdü...)))

Evdə qaşlarınızı səliqəyə salarkən bu səhvlərə

düşməyin!

Qaş necə alınır?

1. Sürətli qaş almayın: Qaşlarınızı alarkən tələsiklik etməyin, yavaş və sakit olun. Bu sayədə qaşınıza girməz səhv bir yerdən artıqdan alaraq qaş xəttinizi pozmazsınız.


2. Maqqaşın iti ucunu istifadə etməyin: İti qismi ilə alsanız qaşlarınız tərs çıxa bilər ya da dərinizə zərər verə bilərsiniz.

3. Sıranı təqib edin: Əgər qaş şəklinizdən məmnunsunuzsa yalnız yeni çıxan qtüklərinizi alın. Qəti şəkildə, hər ehtimala qarşı əlavə tük saxlayın, çünki bir səhvdən sonra corab söküyü kimi gerisi gəlir və düzəltməyə çalışarkən daha çox pozular. Məsləhətdir ki, ilk əvvəl tünd bir qaş karandaşı ilə qaş şəklinizi vurğulayasınız, karandaş çəkilmiş yerdən kənarda qalan tükləri səliqə ilə götürdükdə sıra pozulmaz...

4. Qaşlarınızı çox naziltməyin: Çox nazik alınmış qaş, əgər qaş və göz arasındakı məsafənin çox isə sizə çaşmış bir ifadə verər. Bundan başqa yaşınızdan böyük görnmənizə səbəb ola bilər.

5. Sap istifadə etməkdən qaçının: Əgər sap istifadə etmə mövzusunda naşısınızsa qətiliklə istifadə etməkdən qaçının. Çünki edəcəyiniz səhv bir hərəkət qaşınızda kompensasiyası çətin bir səhvə səbəb ola bilər. Sızanaq ya da tüklərinizin tərs çıxmasına səbəb ola bilər.

6. Qayçı istifadə edin: Qaşlarınıza maqqaş ilə şəkil verdikdən sonra mütləq qayçı istifadə edərək qısaldın. Bu sayədə qaşlarınız daha da sıx görünəcək.


Tarix: 22.11.2014 / 15:30 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...