beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç boyaları saçı ağardırmı?

Almaniyadakı Mainz Universitetinin professoru Heinz Deckərin apardığı bir araşdırma zamanı məlum olub ki, saç boyalarında istifadə olunan hidrogen peroksid adlı maddə saçların ağarmasına səbəb olur.
Daily Telegraph qəzetinin verdiyi xəbərə görə Professor Heinz Decker ağardıcı bir maddə kimi də istifadə olunan hidrogen peroksidin saç boyalarında müntəzəm istifadəsi zamanı saçın kökündə toplanaraq onu yaşlandırmaqla yanaşı həmdə rəng piqmentinin sintezinə mane olur.
İnsan orqanizmində də əmələ gələn hidrogen peroksid orqanizmdə bu maddəni parçalayaraq su və oksigenə çevirən ferment tərəfindən zərərsizləşdirilir. Lakin yaşlandıqca bu fermentin səviyyəsi aşağı düşür və nəticədə hidrogen preoksidin səviyyəsi artır.


Tarix: 22.11.2014 / 15:23 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri