beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlarınızı alma sirkəsi ilə qoruyun

Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, həmçinin saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin "nəfəs alması"na da kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.


Sirkə maskası necə hazırlanır?

1 çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı saçlarınızın uc və diblərinə yedirib, yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.

Bu maskanı həftədə 1 dəfə tətbiq etsəniz, saçlarınız parlaq və qüsursuz görünəcək.

Saçları hər gün yumaq faydalı deyil

Mütəxəssislər xəbərdarlıq edirlər: Saçları hər gün yuduqda dəridəki qoruyucu bakteriyalar məhv olur, kəpəklənmə və saç tökülməsi meydana çıxır.

"Saçım çox yağlıdır" deyib saçları hər gün yumaq yağlı saçdan heç də qurtulmaq demək deyil. Əksinə, dərinin qoruyucu florası pozulur.

Saçları həftədə 3 dəfə ilıq su ilə yumaq lazımdır.

Saçlarınızda jele, boya kimi kimyəvi məhsulları uzun müddət saxlamayın, çünki bu məhsullar da saçın və saç dərisinin təbii quruluşunu pozur, onları gücsüzləşdirir.


Tarix: 22.11.2014 / 14:34 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri