beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz dərisi üçün möcüzəvi maskalar

Üz dərinizə elastiklik və təravət bəxş etmək istəyirsinizsə orta boyda kökü sürtgəcdən keçirdin, üzərinə doğranmış(həvəngdəstədə də döyülmüş olar) cəfəri və bu qarışımı sıyıq halına gətirənə qədər süd əlavə edin. Daha sonra üzünüzə çəkib 15 dəqiqə uzanın. Maska ilıq su ilə yuyulmalıdır.

Soyuq havadan qıcıqlanan, günəşdən qızaran və s. kimi problemli dəri tipinə sahib olan xanımlar mütləq noxud unundan istifadə etməlidirlər. Noxud ununu evdə də hazırlaya bilərsiniz. Bir neçə noxudu üyüdün daha sonra bir neçə dəqiqəlik mikrodalğalı sobada qurudun, sonra üzərinə 1 çay qaşığı xama və 1 çimdik duz əlavə edib gözaltı nahiyələr xaric olmaqla üzünüzə çəkin. 15 dəqiqədən sonra maskanı su ilə təmizləyin.

Almanı sürtgəcdən keçirin üzərinə 1 qaşıq qaymaq əlavə edib üzünüzə çəkin. 15 dəqiqə axladıqdan sonra üzünüzü yuyun. Bu maskanı həftədə 1 dəfə edə bilərsiniz.

Yaş ötdükcə dəri öz elastikliyini itirir, xüsusilə çox kilo vermiş xanımların dərisi sanki sallaq olur. Bunun qarşısını almaq üçün 1 yumurta ağına 1 çay qaşığı qənd tozu əlavə edib üzünüzə barmaqlarınızın ucu ilə dərinizə yedirin. 15 dəqiqədən sonra su ilə yuyun.

Quru və normal dərili xanımlar 1çay qaşığı bal, 1çay qaşığı xama və 1 cay qaşığı qreypfrutun sokunu qarışdırıb üzlərinə çəkə bilərlər. 15 dəqiqədən sonra yuya bilərlər. Maska üzə xüsusi canlılıq və təravət bəxş edəcək.


Tarix: 22.06.2013 / 18:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri