Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qısa zamanda düzgün makiyaj etməyin sirləri

Makiyaj etməyin biz qadınlar üçün nə qədər zəhmətli və vaxt alan iş olduğunu hamımız çox yaxşı bilirik. Əminəm ki, bir çoxumuz gözlənilmədən harasa getməli olduğumuz üçün eyni anda bir neçə işi görməyə məcbur oluruq ki, bunlardan biri də çox qısa zamanda düzgün makiyaj etməyimizdir.

Belə vəziyyətlərdə həm sürətli, həm də düzgün makiyajı necə etmək olar? İndi siz də çox vaxt sərf etmədən qısa zamanda professional makiyaj edə biləcəksiniz. Elə isə diqqətiniz burda olsun:

- Hər şeydən əvvəl makiyaj vasitələrinə yaxşı bələd olmalısınız. Hər vasitənin hansı işə yaradığını dəqiq bilməyiniz vaxtınıza qənaət etmək deməkdir.

- Sürətli makiyaj edərkən əsla tünd rənglərdən istifadə etməyin. Daha yumşaq rəng çalarlarını seçməyiniz işinizi bir xeyli asanlaşdıracaq.

- Yumşaq rənglərdən istifadə göz kölgələrinə ehtiyacı minimuma endirir.

- Ənlik dəridə daha tez yayıldığından üzünüz qısa zamanda təravətli görünəcək.

- Ənliyin istifadəsindən sonra yanaqlarınızı təbii al rəngin çaları ilə xəfif boyayın. Və sonda dodaq boyanızı çəkin.

Düzdür, bu makiyaj sizə saatlarla üstündə çalışdığınız makiyajın effektini verməyəcək, amma ən azından üzünüz daha təmiz və təravətli görünəcək. Beləliklə, siz baxımsız deyil, özünə vaxt ayırmağı bacaran qadın təəssüratı oyadacaqsınız.


Tarix: 22.06.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 59 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...